>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Sağ ol, Üzeyir, halal olsun...”: Rəqsanə – VİDEO

“Sağ ol, Üzeyir, halal olsun...”: Rəqsanə – VİDEO
Tanınmış müğənni Rəqsanə Türkiyədə sürprizlə qarşılaşıb.

Ulduzumsan.Az xəbər verir ki, o, avtomobillə gedərkən radioda Üzeyir Mehdizadənin mahnısını eşidib. Həmin anları çəkən müğənni bildirib ki, Türkiyədə Üzeyirin ifalarına tez-tez rast gəlir:
“Baxın, Üzeyirin mahnısıdı, Türkiyənin radiolarında yayımlanır. Azərbaycanda isə deyirlər ki, bu nə mahnılar oxuyur. Hər adamın mahnısı Türkiyənin radiolarında yayımlanmır. Sağ ol, Üzeyir, halal olsun sənə! Həqiqətən eşidəndə çox sevindim. Camaat gəlir, İstanbulda milyonlar tökür ki, radiolarda mahnısı getsin, Üzeyirin mahnıları pulsuz yayımlanır”.