>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Vahid Mustafayev internet televiziya açır - adı da bəllidir: istipress.com

Vahid Mustafayev internet televiziya açır - adı da bəllidir: istipress.com
Bu yaxınlarda fəaliyyətinə xitam verilən ANS TV-nin rəhbəri Vahid Mustafayev internet televiziya açmaq qərarına gəlib.

Teref.info Ölkə.Az-a istinadən xəbər verir ki, yeni televiziya internet televiziya olacaq və "istipress.com" ünvanında yerləşəcək.

Xatırladaq ki, bu il sentyabrın 20-də Ali Məhkəmədə ANS-in Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib. Məhkəmə iclasında şikayətin təmin edilmədiyini və Bakı Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanıldığı elan edilib.

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilmişdi.