>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ Dövlət Departamenti: "Cənub Qaz Dəhlizi" Avropanın enerji bazarlarının dayanıqlılığını artıracaq

ABŞ Dövlət Departamenti: "Cənub Qaz Dəhlizi" Avropanın enerji bazarlarının dayanıqlılığını artıracaq
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi qitənin enerji bazarlarının dayanıqlılığını artıracaq.

Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

Departamentdən deyiblər ki, bu layihə Avropanın enerji bazarlarının dayanıqlılığını yüksəldəcək və qaz idxalı üzrə bir mənbədən asılılığı azaldacaq.

Qeyd olunub ki, "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir:

"Belə ki, bu boru kəməri qitəyə yeni marşrutla keçməklə Avropaya tamamilə yeni qaz mənbəyi təqdim edəcək".

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin istismara verilməsi mərasimi keçirilib.