>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Direktor muavini iitihamlara cavab verdi - MÖVQE

 Direktor muavini iitihamlara cavab verdi - MÖVQE
Teref.info olaraq poçtumuza gələn Göygöl rayon Xaqani kənd uşaq musiqi məktəbinin direktor müavini Aygül Əliyevanın ona qarşı irəli sürülən ittihamlara cavab məktubunu dərc edirik. Onuda qeyd etmək istəyirik ki, Teref.info oaraq biz Aygül xanımı müəllimə adını şərəflə daşıyan bir xanım kimi tanıyırıq!
Ölkəmizdə medianın inkişafı həmişə diqqət mərkəzindədir, dövlətimiz tərəfindən jurnalistlərə daim diqqət və qayğı göstərilir, söz və mətbuat azadlığı üçün şərait yaradılır. Lakin öz mənafelərini güdən, ləyaqəti və vicdanı şübhə altında olan bəzi qondarma saytların “jurnalistlər”i bundan sui-istifadə edirlər.
Son günlər bir sıra saytlarda və sosial şəbəkələrdə Göygöl musiqi məktəbi barədə tamamilə şər-böhtan və şantaj xarakterli, açıq-aydın saxtalaşdırılmış məlumatlar yayır və yaymaqda davam edirlər.
Göygöl rayon Xaqani kənd uşaq musiqi məktəbi hər zaman bütün Kütləvi İnformasiya Vasitələrinə açıq olub və onlarla sıx əməkdaşlıq edib. Lakin adını müxbir qoyan Mehriban Əzizqızı kimi 5000 manat pul istəyən ala bilməyəndə isə qərəzli yaziları davam etdirən jurnalistlik peşəsindən bixəbər fizika müəllimi,belə şəraitdən istifadə edərək regionda müəssisə və idarələrini “ziyarət edərək” müxtəlif yollarla, çox vaxt da açıq-aydın onlara hədə-qorxu gəlməklə bu təşkilatlardan pul qoparmağa çalışır. Belə ki, bu yaxınlarda reketçiliklə məşğul olan Mehriban musiqi məktəbinin müdirinə yönələn ittihamlarla birlikdə video görüntü yayılmışdı. Video yaziya baxan hər bir kəsə məlumdur ki adini jurnaliist qoyan bu şəxs iki kəlmə sözü bir birinin arxasiyca qoşub danışa bilmir.O məktəbin rəhbərliyinin ünvanına əsassız ittihamlarla yenidən yayımlanaraq özünü gündəmdə saxlaması açıq aydın hiss olunur. Müxtəlif orqanlara özü kimi bisavad qohumu Verdiyeva Sevinc və İsmayilova Tamara adından şikayət etdirən bu dirnaq arası jurnalist aparılan araşdırmalarda məktəbdən gedən bütün şikayətlərin rəsmi orqanlarda səhf məlumat olduğunu şikayətlırin əsassız olduğunu görüb çarəsizlikdən bu kimi yollara əl atdığı açıq aydın görünür. Amma görünür ki təsdiqini tapmayan əsassız şikayətlər bu, məlumatı yayanı qane etməyib. Buna görə də təzyiq ünvanı dəyişdirilib, saytlarda və sosial şəbəkədə məktəbin direktor muavini Aygül Əliyeva ünvanına yazılar və şərhlər verilib.
Ümid edirik ki, mətbuat nümayəndələri özləri belə qəbuledilməz vəziyyətlə barışmayacaq və bu kimi fəaliyyətlə məşğul olanlara uyğun qiymət verəcək. Bir sıra vicdanlı jurnalistlər artıq bu barədə səslərini ucaldıblar.
Bir daha əməkdaşlığa vicdanli və peşəsinə hörmət edən jurnalstlərə verdikləri dəstəyə görə görə təşəkkür edirik".
Aygül Əliyeva