>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kərə yağının baha olması gömrük rüsumu ilə bağlı deyil — Komitədən AÇIQLAMA

Kərə yağının baha olması gömrük rüsumu ilə bağlı deyil — Komitədən AÇIQLAMA
Bakıda keçirilən "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminarda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov müəyyən məqamlara aydınlıq gətirib.
“Ölkə.Az” xəbər verir ki, komitə rəsmisi xaricdən Azərbaycana gətirilən kərə yağlarının ölkə bazarında qiymətinin artırılması məsələsinə də münasibət bildirib.

O deyib ki, kərə yağının qiymət artımı gömrük rüsumları ilə bağlı deyil:

"Biz kərə yağının rüsumunu 15 faizdən 10 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil".
Ə.Hüseynov qeyd edib ki, bəzi mallara spesifik rüsumlar tətbiq olunur:

"Buna misal olaraq spirtli içkiləri, tütün məmulatları, avtomobillərini göstərmək olar. Eyni zamanda Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur".