>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

HR və Mühasibatlıqla bağlı olan Dövlət Qurumunun rəhbəri şəxsən sosial şəbəkədə qurumdan şikayət edən xanıma cavab yazdı

HR və Mühasibatlıqla bağlı olan Dövlət Qurumunun rəhbəri şəxsən sosial şəbəkədə qurumdan şikayət edən xanıma cavab yazdı
Bir neçə gün əvvəl Günel Aşirova adlı istifadəçi Dövlət Miqrasiya Xidmətini və rəhbərini tənqid edərək status yazmışdı. Günel xanım Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartını yeniləmək istərkən problemlə üzləşdiyini bildirmişdi. Günel xanım sosial şəbəkədəki statusunda xidmət rəisinin qəbuluna düşə bilməməyindən, həmçinin xidmətin sayt və online növbə sistemindən narazılıq edib.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Günel xanımın iradı ilə bağlı statusa özü şərh yazıb: "Qeydləriniz üçün Təşəkkürlər! Vətəndaş qəbulu ilə bağlı 2 dəfə qəbul keçirmişəm, 28 aprel və 29 may tarixlərdə, birincidə 73, ikincidə 92 vətəndaş qəbul etmişik. 4 may tarixdə qəbul olmayıb. Qeyd etdiyiniz digər məqamlarla bağlı bu gün sizinlə əlaqə saxlayacaqlar".
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini HR və mühasib həmkarlarımız üçün önəmli qurumdur. Cünki xarici işçiləri işə qəbul olunduqda, Dövrlət Miqrasiya Xidmətindən iş icasəsi alınması məcburidir.
HR və Mühasibatlıqla bağlı olan Dövlət Qurumunun rəhbəri şəxsən sosial şəbəkədə qurumdan şikayət edən xanıma cavab yazdı