>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Məhəmməd peyğəmbərin gələcəklə bağlı dedikləri (SİYAHI)

Məhəmməd peyğəmbərin gələcəklə bağlı dedikləri (SİYAHI)
Tanrı gələcəyə aid bəzi məlumatları ancaq seçilmiş peyğəmbərlərinə verib. Hz. Məhəmməd isə verdiyi xəbərlərlə gələcəyə işıq tutmuşdur.

Qaynarinfo sizə Məhəmməd peyğəmbərin gələcəyə dair dediyi 29 fikiri təqdim edir:

1. Elə bir zaman gələcək ki, insanlar yalnız pulu düşünüb halal-haramı unudacaqlar.
2. Rüşvət hədiyyə adı altında veriləcək. İnsanlar gözdağı üçün bir-birlərini öldürəcəklər.
3. Əmirlər, imamlar namazı öldürəcəklər, vaxtından sonraya saxlayacaqlar.
4. Elə bir zaman gələcək ki, məni yalanlayacaqlar. Hədislərə inanma, Quranı oxu deyəcəklər.

5. Məscidlərdə 1000-dən çox adam namaz qılacaq, amma içlərində 1 nəfər mömin olmayacaq.
6. Yeni alimlər özlərindən əvvəlkiləri cahil adlandıracaq.
7. Dindarlar xalqın istədiyi kimi fətva verəcək. Halala haram, harama halal deyəcəklər.
8. Həccə hökmdarlar gəzmək, varlılar ticarət, kasıblar dilənmək, dindarlar göstəriş üçün gedəcəklər.
9. İnsanın bütün qayğısı mədəsi, şərəfi mal, qibləsi qadın, dini pul olacaq.
10. Hər əsr əvvəlkindən daha pis olacaq.
11. İnsanlar təmizlikdə həddindən çox titiz olacaqlar. Vəsvəsəlik edib din sərhəddini keçəcəklər.
12. Müxtəlif adlar altında şərablar istehsal olunacaq və halal sayılacaq.
13. İt saxlamaq övlad sahibi olmaqdan daha cazibəli olacaq.
14. Kişilər azalacaq, qadınlar çoxalacaq.
15. Ancaq tanışlar bir-biriylə salamlaşacaq. Yazarlar artacaq.
16. Kişi kişiylə, qadın qadınla kifayətlənməyincə qiyamət qopmayacaq.
17. Zəlzələ, pislik, cinayətkarlıq artmadıqca qiyamət olmayacaq.
18. Qardaşlar fərqli dindən olmadıqca qiyamət qopmayacaq.
19. Müsəlmanlarla yəhudilər savaşmadıqca qiyamət qopmayacaq.
20. Allaha inanan müsəlman qaldığı müddətcə qiyamət qopmayacaq.
21. Kişi yol kənarında qadınla birlikdə olacaq.
22. Danışan heyvanlar olacaq.
23. Kişi evdə olmadıqda qadının elədiklərini ayaqqabısı xəbər verəcək.
24. Mehdi gələcək.
25. Dəccal gələcək.
26. İsa göydən enəcək, duman çökəcək, Kəbə dağılacaq.
27. Dəbbət-ül-ərz olacaq.
28. Yecüc və Mecüc gələcək.
29. Od qalxacaq, günəş qərbdə doğacaq.