>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma: Kütləvi qovulmalar (SİYAHI)

"Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma: Kütləvi qovulmalar (SİYAHI)
"Grand Hospital”da kütləvi ixtisar olub.


Teref.info xəbər verir ki, bakupost-a daxil olan xəbərə görə, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaçı olnan yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.



Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.



Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.



Belə ki, klinika rəhbərliyi bir neçə ay əvvəl əksər həkimlərə öz otaqlarını tam təmir etdirib, mebellərinə kimi yeniləməyə məcbur edib. Təmir işi və mebellərin alınması həkimlərin vəsaiti hesabına başa gəlib. Bu səbəbdən həkimlər iddia edir ki, "Grand Hospital”ın rəhbərliyi onları Türkiyədən gəlmiş mütəxəssislərlə əvəz etmək planını əvvəlcədən qurub və yeni doktorların şəraitini köhnələrin vəsaiti hesabına qurdurub.



Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib:



Arzu Əyyubova

Rasim Məhərrəmov

Afaq Ələsgərova

Röyal Hacıməmmədov

Namiq İsmayılov

Seymur Mehtiyev

Sənan Aşirov

Toğrul ömərov



Hazırda klinikada gərgin vəziyyət hökm sürür. BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Grand Hospital”ın mətbuat xidmətinin rəhbəriTürkan Məmmədliilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.



Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı.