>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin meyidləri tapıldı

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin meyidləri tapıldı
Teref.info -nun aldığı məlumata görə26 dekabr 2017-ci il tarixində Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı məluat yayıb

27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində bu gün axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilmişdir. Əlavə məlumat veriləcək.