>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə saldı

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə saldı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salmağı göstəriş verib.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı məlumatlı mənbələrə istinadən xəbər verib.

Qəzetə görə, Tramp müşavirləri ilə ətraflı müzakirələrdən sonra Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunmasını təxirə salıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli yaxın müddətdə Rusiya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.