>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Buraxılış imtahanlarının nəticələri elan olundu

Buraxılış imtahanlarının nəticələri elan olundu
İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

İmtahan nəticələri martın 19-da saat 15:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 3791 nəfərdən 101 nəfər imtahana gəlməmiş, 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunmuşdur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.