>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ruhani: Azərbaycan və İran Rəşt-Astara dəmir yoluna birgə qoyuluşlara dair saziş imzalayacaq

Ruhani: Azərbaycan və İran Rəşt-Astara dəmir yoluna birgə qoyuluşlara dair saziş imzalayacaq
Azərbaycan və İran Rəşt-Astara dəmir yoluna sərmayə qoyuluşuna dair saziş imzalayacaq.

Trend-in məlumatına görə, bunu İranın prezidenti Həsən Ruhani bildirib.

"Azərbaycana səfərim çərçivəsində Rəşt-Astara dəmiro yoluna birgə sərmayələrin qoyuluşuna dair saziş imzalanacaq", deyə ruhani bildirib.

Xatırladaq ki, Martın sonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində H.Ruhaninin Naxçıvan Muxtar Respublikasına və Neftçalaya gedəcəyi də gözlənilir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.