>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakı-Şamaxı-Yevlax magistralı çökdü- FOTOLAR

Bakı-Şamaxı-Yevlax magistralı çökdü- FOTOLAR
Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.

ARB TV-nin xəbərinə görə, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.

Yolun Şamaxı ərazisində asfalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

İdarədən həmçinin bildirilib ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.
Bakı-Şamaxı-Yevlax magistralı çökdü- FOTOLAR
Bakı-Şamaxı-Yevlax magistralı çökdü- FOTOLAR