>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Deputat: “Vəkillərin keçid balı 60 baldan 50 bala endirilsin”

Deputat: “Vəkillərin keçid balı 60 baldan 50 bala endirilsin”
Deputat Fazil Mustafa Milli Məclisin iclasında prezidentin imzaladığı zərəncam barədə danışdı.

O, xüsusilə də imzalanan sərəncamda imkansız vətəndaşların dövlət hesabına vəkillərlə təmin olunması, həmçinin vəkillərin ödəniş məbləğinin üç dəfə artırılmasını da təqdir etdi. Bununla yanaşı, F.Mustafa vəkilliyə qəbulda keçid balının 60 baldan 50 bala endirilməsini də vacib saydı. “Vəkillik bilavasitə təcrübə ilə bağlı fəaliyyət növüdür. 1800 adamdan əgər 600 nəfər keçirsə, bu, olduqca az adamdır”-deyə, bildirdi.

Deputat bir çox dövlət qurumlarına imtahan verəndən sonra müsahibə mərhələsinin tələb olunmasını isə düzgün saymadı: “Təsəvvür edin, 2 min vakant yer var, amma 1500 adam imtahan verib, orada da maaş yüksək deyil. Amma yenə də problemlər yaranır. Dövlət İmtahan Mərkəzinin nəticələri nəzərə alınmaqla birbaşa bu insanların işə götürülməsi təmin olunmalıdır”.

Deputat Qüdrət Həsənquliyev də prezidentin imzaladığı sərəncamı yüksək qiymətləndirdi. Eyni zamanda vəkilik institutu ilə bağlı əlavə təkliflərini səsləndirdi.

Komitə sədri Əli Hüseynli vəkilliyə qəbulda test imtahanı ilə bağlı dəyişikliklərə qarşı çıxdı. "Sonuncu test imtahanı göstərdi ki, üçdə bir hissə uğurlu nəticələr göstərib. Ancaq hələ test imtahanını vermək peşəkarlığın yeganə göstəricisi deyil"-Ə.Hüseynli bildirdi