>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Alimlər qripdən daha tez sağalmağın yolunu tapıblar

Alimlər qripdən daha tez sağalmağın yolunu tapıblar
Yaponiyanın “Shionogi” əczaçılıq şirkəti qripdən cəmi bir sutkaya sağalmağa imkan verən baloksavir-marbokil preparatını hazırlayıblar

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, dərman artıq gələn ildən satışa çıxarılacaq.

Mütəxəssislər bunun çox effektiv olacağına söz verirlər. Belə ki, buna qədər onlar 1436 nəfərin iştirak etdiyi araşdırma aparıblar. Könüllülər üç qrupa bölünüblər: 1-ci qrup 40-80 milliqram balsoksavir-marboksil, 2-ci qrup 75 milliqram oseltamivir qəbul edib. Qalanlar isə plasebo içiblər. Araşdırmalar bir sutkadan sonra 1-ci qrupda sağalan xəstələrin sayının daha çox olduğunu müəyyənləşdirib.