>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Facebook”un sahibinin döyülmüş şəkli paylaşıldı - FOTO

“Facebook”un sahibinin döyülmüş şəkli paylaşıldı - FOTO
İllüstrasiyanın müəllifi döyülmüş milyarderi bir neçə fotonun əsasında hazırlayıb
Zukerberqin döyülmüş halda olan şəklini jurnalın üzünə verdilər.

Amerika jurnalı olan "Vired"-nin üz qabığına “Facebook”un yaradıcı olan Mark Zukerberqin döyülmüş şəkli verilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla bildirir ki, jurnalın nömrəsi sosial şəbəkədə yaranmış problemlərə həsr edilib.

“Facebook”un sahibinin döyülmüş şəkli paylaşıldı - FOTO

İllüstrasiyanın müəllifi nyu-yorklu Ceyk Rouland "döyülmüş milyarder”i bir neçə fotonun əsasında hazırlayıb.

"Vired" döyülmüş, döyüşdə parçalanmış Zukerberq portreti istəyirdi. Problem onda idi ki, o bunun üçün çəkilməyi düşünmürdü" – deyə Rouland istehza ilə bildirib.

Belə vəziyyətdə rəssam Zukerberqin bir neçə şəklini götürərək portret hazırlamağa qərar verib.

Jurnalın ilk məqaləsi facebookun bir neçə il ərzində yaşadığı problemlərə həsr edilib. Söhbət "saxta" xəbərlərdən və ABŞ prezident seçkilərinə müdaxilədən gedir.

Prezident kampaniyası zamanı Facebook vasitəsilə paylaşılan xəbərlər real xəbərlərdən daha çox oxunmuşdu.
sputnik