>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Mədət Quliyevin oğlu Arzu Əliyevanı belə təbrik etdi

Mədət Quliyevin oğlu Arzu Əliyevanı belə təbrik etdi
Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyevin oğlu Murad Qulubəyli prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.

GoldNews.az xəbər verir ki, o, Arzu Əliyeva ilə birlikdə fotolarını şəxsi instagram hesabında paylaşaraq, öz ürək sözlərini qeyd edib.

"Əziz Arzu, doğum günün mübarək".

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür.

Bu gün Arzu Əliyeva 29 yaşını qeyd edir. O, 1989-cu ilin 23 yanvar tarixində Bakıda anadan olub. Arzu Əliyeva Azərbaycanda keçirilən müxtəlif xeyriyyə kampaniyalarının əsas iştirakçısıdır.

3 sentyabr 2011-ci ildə Arzu Əliyeva ailə həyatı qurub. O, Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə evlənib.