>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda taksilərlə bağlı yeni QAYDALAR

Bakıda taksilərlə bağlı yeni QAYDALAR
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanunda qeyd edilib.

Belə ki, qanunun 20-ci maddəsinin (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) 20.3-cü bəndinə təklif olunan dəyişikliyə görə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.

Hazırki qanunvericiliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.