>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Əsəbi qadınların daha çox qızı olur

Əsəbi qadınların daha çox qızı olur
Oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. İngiltərənin Oksford Universitetinin alimlərinin dediklərinə görə, onların apardıqları araşdırmanın nəticələri belədir.

İngilis alimlər ana olmaq istəyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur. Eksperimentə cəlb edilmiş qadınların orqanizmlərində böyrəküstü vəzin ifraz etdiyi və xroniki stressin göstəricisi olan kartizol ilə beta-amilaz fermenti kimi hormonların göstəriciləri ölçülüb.

Beta-amilazanın artması insan orqanizmində adrenalinin çoxalmasına dəlalət edir ki, bu da emosional durumlarda baş verir. Eksperiment əsnasında qadınlar 58 oğlan və 78 qızı dünyaya gətiriblər. Orqanizmlərində kortizolun səviyyəsi yüksək olan qadınlarda qızlar daha çox doğulub. Ümumiyyətlə, belə qadınların qız anası olma şansları 75 faiz çoxdur.



Musavat.com