>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ziya Məmmədovun çəkdiyi daha bir yol çökdü

Ziya Məmmədovun çəkdiyi daha bir yol çökdü
Bakı-Ələt avtomobil yolunun “20-ci sahə” adlanan ərazidən Bibiheybət məscidinə qədər hissəsi çöküb. Virtualaz.org xəbər verir ki, yolun Bibiheybət məscidindən şəhərə istiqamətində olan hissəsində bir neçə yerdə dərin çökmələr yaranıb. Nəticədə “Azəryolservis” ASC yolun çökən hissələrinə yamaqlar vurub. Buna baxmayaraq yolda çökmənin nəticələrini tam aradan qaldırmaq mümkün olmayıb, sürücülərin jarqonu ilə desək “iri qarmoşkalar” qalmaqdadır.

Yaxınlıqda yaşayanlar deyirlər ki, bu yolda sonuncu dəfə ötən ayın sonunda təmir işləri aparılıb, çuxurların üstünü asfaltla örtüblər.

Qeyd edək ki, bu avtomobil yolu “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində keçmiş Nəqliyyat Nazirliyi tərəfindən tikilib. Yolun çəkilişini həmin vaxt nazirliyin tərkibində olan “Azəryolservis” ASC (İndiki “Azəravtoyol” ASC) həyata keçirib.
[img]http://teref.info/uploads/posts/2017-
[img]http://teref.info/uploads/posts/2017-10/1507808133_1.jpg[/img]
Ziya Məmmədovun çəkdiyi daha bir yol çökdü
Ziya Məmmədovun çəkdiyi daha bir yol çökdü
Ziya Məmmədovun çəkdiyi daha bir yol çökdü