>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Neftçalada məmur özbaşınalığı - GİLEY

Neftçalada məmur özbaşınalığı - GİLEY
Son aylar Neftçala rayonunda vətəndaşların Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyevin qanunsuz əməlləri ilə bağlı ölkənin aidiyyatı qurumlarına müraciətləri çoxalıb. Bir neçə gün öncə daha bir rayon sakini Sarıyev Elvin Rahib oğlu Realliq.info –ya müraciət edərək şəbəkə rəisinin Neftçalada həyata keçirdiyi özbaşınalığından bəhs edib.
Vətəndaş sayt vasitəsilə ölkə başçısından kömək istəyir. O, qeyd edir ki, rayon Elektrik Şəbəkəsinin rəisi sayğacların dəyişdirilməsi adı ilə insanlara haqsız cərimələr yazır və şikayət edənləri hədləməkdən çəkinmir. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Realliq.info saytının baş redaktoru cənab İkram Rəhimova

Neftçala rayon sakini Sarıyev Elvin Rahib oğlu tərəfindən
ƏRİZƏ

Möhtərəm Cənab Prezident!
Mən Sarıyev Elvin Rahib oğlu yazıb Sizə məlum edirəm ki, bir neçə ay öncə Neftçala rayon Elektrik şəbəkəsinin adlarını bilmədiyim lakin üzdən tanıdığım əməkdaşları yaşadığım evin ünvanına gələrək, mənə bildirdilər ki, sənin işıq sayğacın yenisi ilə əvəz olunmalıdır. Mən də etiraz etmədim. Onlarda sayğacı yenisi ilə əvəz etdilər.

Lakin üstündən üç ay keçdikdən sonra mənə 550 manat məbləğində cərimə olunduğumu bildirdilər. Mən dərhal Neftçala rayon Elektrik şəbəkəsinin müdiri Vurğun Şirəliyevin qəbuluna getdim. Vurğun Şirəliyevə onun işçilərinin mənə qarşı etdiyi qanunsuzluqlardan danışdım. Ona bildirdim ki, mənim iştirakım olmadan, xəbərim olmadan məni hansı əsasnan cərimə etmisiniz? O, isə cavabında üstümə qışqıraraq məni təhqir edərək bildirdi ki, canın çıxacaq ödəyəcəksən. Mən ona onları məhkəməyə verəcəyimi bildirdim. O, yenidən məni ağır söyüşlərlə söyərək bildirdi ki, sən deyəsən məni yaxşı tanımırsan. Mənim “qardaşım İsgəndər Şirəliyevdir, mənə kim nə edə bilər.Get əlindən gələni et” deyərək məni hədələməyə başladı.

Cənab Prezident. Sizdən xahiş edirəm, Neftçala rayon Elektrik şəbəkəsinin müdiri Vurğun Şirəliyev barəsində ölçü götürülməsi və mənə qarşı edilən qanunsuzluğun qarşısının alınmasına göstəriş verməyinizi xahiş edirəm".

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Lakin Neftçala Elektrik şəbəkəsindən həmişə olduğu kimi məlumatsız olduqlarını bildirdilər.