>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Fitch daha iki bankımızı “qaraladı” - “Atabank”ın reytinq səviyyəsi endirildi

Fitch daha iki bankımızı “qaraladı” - “Atabank”ın reytinq səviyyəsi endirildi
“Fitch Ratings” Azərbaycan bankları üzrə reytinq səviyyəsini açıqlayıb.

Yenicag.az “Röyters”ə istinadən xəbər verir ki, Fitch-in dəyərləndirməsinə əsasən, “ATABANK” ASC-nin reytinqini “B” səviyyəsindən “CCC” səviyyəsinə enib. ExpressBank ASC-nin reytinqi isə “B “ səviyyəsində satabil olaarq qərarlaşıb.

“Fitch” Agentliyinin rəyinə əsasən, birləşmədən sonra “ATABANK” ASC-nin gözlənilənlərə nisbətən kredit profili çox zəifləyib. Hazırda sözügedən bankın reytinq səviyyəsi “B” deyil.

Sözügedən bankın aktivlərinin keyfiyyəti xüsusilə də, 2017-ci ilin birinci yarımilliyində pisləşib. Daha möhkəm kapitallaşdırılmış Caspian Development Bank OJSC (CDB) ilə birləşmədən əldə olunan müsbət nəticə bunu qismən kompensasiya edir.

“Fitch”in qiymətləndirməsinə əsasən, nağd vasitələr (əldə edilməyən hesablanmış faizlər çıxılmaqla) əsasında ilkin qiymətdən düşmələr üzrə gəlirlilik 2016-cı il və 2017-ci ilk ayı üçün ziyansız idi. Bu isə xarici kapitalın dəstəyi olmadan problemli kreditləri ehtiyatda saxlamağa məcbur edir.

2017-ci ilin ilk yarım illiyinin sonuna olan göstəricilərə əsasən, bankın vaxtı ötmüş kreditləri ümumi həcmin 42%-ə qədər yüksəlib. Hətta 2017-ci ilin may ayında CDB ilə birləşməsindən və 2008-ci ilin ilk yarımilliyində səhm kapitalına 20 milyon manat investisiya cəlb olunmasından sonra da, 2017-ci ilin ilk yarımilliyinin sonu üçün “ATABANK” ASC-nin icra edilməmiş kreditləri 1.2x FCC göstəricisinə bərabər olub (2015-ci ilin sonunda: 0,8% FCC).

Bundan əlavə, 2017-ci ilin ilk yarımilliyinin sonundan sözügedən bankın kreditlərinin təxminən 26 faizi yüksək riskli kreditlər qrupuna aid olub (layihə maliyyələşdirmələri, üzərində yaxşı işlənməmiş borclular üçün xarici valyutada kreditlər və s).

Express Bank üzrə reytinq iddiası yalnız son 12 ay ərzində kredit profilində əhəmiyyətsiz dəyişiklikləri əks etdirir. Reytinqlər Azərbaycanın mürəkkəb əməliyyat mühitində məhdudlaşdırılmış franşızasını və kreditləşmənin yüksək səviyyəsinı nəzərə alır. Müsbət haldır ki, reytinqlər Express Bankın etibarlı kapital buferini, hələ də səmərəli, lakin artıq qismən pisləşən aktivlərinin keyfiyyətini, xarici valyutada kredit verməyə məhdudlaşdırılmış çıxışı olmasını və kifayət qədər likvidliyini əks etdirir.

“Sabit proqnoz”a əsasən, aktivlərin keyfiyyətinin pisləşməsi potensialına baxmayaraq, bu, qiymətdən düşməyə qədər gəlirlə örtülməli və əlavə olaraq bankın mötəbər kapitalının buferiylə yumşaldılmalıdır. Bildirildiyi kimi, ExpressBankın korporativ kredit portfeli (2017-ci ilin birinci rübünün sonu qədər ümumi kreditlərin 55%-i) sıfır gecikdirilmiş kreditlərlə fəaliyyət göstərir. Kredit portfeli demək olar ki, bankın əsas korporativ səhmdarının və onun törəmələrinin (79% FCC), həmçinin inkişafı hökumət tərəfindən dəstəklənən infrastrukturun tikintisiylə və diversifikasiya edilmiş istehsal müəssisəsinin işə salınmasıyla məşğul olan böyük tikinti şirkətinin borcunun ümumi məbləğindən ibarətdir.