>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ŞƏHƏRİN SUYUNU KƏSİR, SONRA MAŞINLARLA ƏHALİYƏ SU SATIR – Ucarın su idarəsinin müdiri haqda şok faktlar

ŞƏHƏRİN SUYUNU KƏSİR, SONRA MAŞINLARLA ƏHALİYƏ SU SATIR – Ucarın su idarəsinin müdiri haqda şok faktlar
Ucar rayonunun bir qrup sakini tərəfindən tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər deyirlər ki, Ucar şəhərində içməli su günlərdir verilmir: “Səbəb kimi ana boruda qəza olması göstərilsə də, əslində Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun kommersiya maraqlarına görə qəsdən sular kəsilib. Çünki içməli su Asif Şirinovun su maşınları ilə əhaliyə satılır. Bu adam Ucar Su Knal İdarəsinə müdir vəzifəsinə təyin olunandan ucarlılara su zülümü yaşadır. Havalar istiləşən kimi müxtəlif bəhanələrlə suyu kəsib su satışına start verir.

Hətta bu müdir qəsdən kanalizasiya suyunu içməli suya qarışdırılmasını təşkil edir ki, heç kəs istifadə etməsin və bunun satdığı su alınsın. Bu isə 20.000 nəfərə yaxın əhalisi olan Ucar şəhər sakinlərinin həyatını təhlükəyə qoymuşdur. İmkanı olanlar pul verib Asif Şirinovun satdığı suyu alıb işlədir. İmkanı olmayanlar isə uzaq məsafədən arxlardan əllərində qablarla su daşıyırlar.
ŞƏHƏRİN SUYUNU KƏSİR, SONRA MAŞINLARLA ƏHALİYƏ SU SATIR – Ucarın su idarəsinin müdiri haqda şok faktlar
Biz mətbuat vasitəsi ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun barəsində cinayət işinin başlanılmasına və dərhal həbs edilməsinə tapşırıq verəsiniz”.

Qeyd edək ki, məktuba aşağıda adları çəkilən sakinlər imza atıb:

1. Məmmədova Tənzilə Baba qızı

2. Əliyeva Fatma Adil qızı

3. Salahov Şövkət Əli qızı

4. Abdullayeva Dursun Cmal qızı

5. Şükürova Nisə Dadaş qızı

6. Alıyev Vəsilə Zeynal qızı

7. Məmmədova Xədicə Kərim qızı

8. Hacıyeva Rəna Hüseyn qızı

9. Beydullayeva Gülbuta Fərhad qızı

10. Mayılova Mədinə Məhəmməd qızı

11. Ələkbərova Şamama Nuh qızı

12. Hüseynova Kütah Əvəz qızı

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.