>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanın U-21 millisi İrlandiya ilə matçın 99-cu dəqiqəsində qol buraxaraq uduzub - VİDEO

Azərbaycanın U-21 millisi İrlandiya ilə matçın 99-cu dəqiqəsində qol buraxaraq uduzub - VİDEO
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya yığması ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu Rayan Suini vurub. Slovakiyalı baş hakim Filip Qlova ikinci hissəyə 5 dəqiqə əlavə etsə də, görüşü 100-cü dəqiqədə - meydan sahiblərinin qolundan sonra başa vurub.

Bununla da, Azərbaycan yığması Sadıqovun rəhbərliyi altında ikinci oyunundan da məğlub ayrılıb. Gənc mütəxəssisin ilk sınağında milli komanda martın 22-də səfərdə Kosovoya uduzub - 0:2.

Avropa çempionatı, Seçmə mərhələ, V qrup

27 mart

22:30. İrlandiya - Azərbaycan - 1:0

Qol: Rayan Suini, 90+9

Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya)

Tallaght stadionu (Dublin)

Beşinci qrupun digər oyunlarında Kosovo evdə Almaniya ilə heç-heçəyə nail olub - 0:0. Norveç isə səfərdə İsrailə 3:1 hesabı ilə qalib gəlib. Hazırda 7 oyundan 16 xala malik Almaniya qrup lideridir. İrlandiya 6 oyundan 13 xalla 2-ci yeri tutur. Kosovo 8, Norveç 7 oyundan hərəyə 11 xalla 3-4-cü yerləri bölüşürlər. İsrail 7 oyundan 7 xalla 5-ci, Azərbaycan 7 oyundan 1 xalla 6-cı pillədədir.