>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Lənkəranda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb

Lənkəranda toyda kütləvi dava olub, 3 nəfər xəsarət alıb
Lənkəranda toyda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, toyda Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyevlə həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında mübahisə yaranıb.

Nəticədə H.Mirzəyev əlindəki şüşə butulka ilə R.Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra baş verən kütləvi dava nəticəsində H.Mirzəyevə də xəsarət yetirilib. Həmçinin hadisə nəticəsində R.Məmmədovun anası yüngül xəsarət alıb. Insidentlə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.