>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Naxçıvan əhalisinin gəlirləri artıb

Naxçıvan əhalisinin gəlirləri artıb
Naxçıvan Muxtar Respublikası əhalisinin gəlirləri artıb.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 10 milyon 750 min manat olub. Eyni zamanda əhalinin hər bir nəfərə düşən gəlirinin məbləği də 0,2 faiz artaraq 2245,6 manat təşkil edib.