>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda 10 gün əvvəl güllə yarası almış şəxs dünyasını dəyişib

Bakıda 10 gün əvvəl güllə yarası almış şəxs dünyasını dəyişib
İyul ayının 19-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində pnevmatik tapançadan açılmış atəş nəticəsində güllə yarası almış Həsənli Emil Aydın oğlu ötən gün 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində bir neçə şəxs arasında yaranan mübahisə nəticəsində 31 yaşlı Zamanov Kamran Ənvər ağır bədən xəsarəti alıb. Belə ki, onun başına dəmir parçası ilə xəsarət yetirilib. Yaralı vəziyyətinin ağır olmasına baxmayaraq üzərində olan pnevmatik tapançadan onu vuran Emil Aydın oğlu Həsənliyə atəş açıb. Emil Həsənli baş və bədən nahiyəsindən xəsarətlər almışdı.

Kamran Zamanova gəldikdə isə o, Neyrocərrahiyə xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

SalamNews-un xəbərinə görə, artıq Emin Həsənli dünyasını dəyişdiyindən faktla bağlı Sabunçu rayon Prokurorluğunda 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.