>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Salyanda minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər ölüb

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, rayonun Şorsu kəndində minik avtomobili ilə "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Göygöl sakini Məmmədov Famil Xamraz oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.