>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Zaqatalada "Bakcell"in avtomobili ağaca çırpılıb, 1 nəfər yaralanıb

Gecə saatlarında Zaqatala rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Qəza "Bakcell Ltd" MMC-yə məxsus "Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində qeydə alınıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.