>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub

İkinci binada jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı açıqlanıb.
“Report” xəbər verir ki, sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim edilməlidir.
Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.
Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) KİVDF-nin ofisində qəbul olunacaq.