>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Saatlıda ev yanıb

Saatlıda ev yanıb
Saatlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Bəylik kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 55 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.