>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Azərbaycan təhdidlə üz-üzədir” –Nazir

“Azərbaycan təhdidlə üz-üzədir” –Nazir
Azərbaycan daha bir təhdid və çağırışla üzləşir. Bu, terrordur.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, terror ümumi bəladır: “Azərbaycana kifayət qədər yaxın olan Yaxın Şərqdə baş verənlər daim ölkəmizin gündəmindədir. Azərbaycan aparıcı tərəfdaşları ilə bu istiqamətdə fəal işləyir. Terrorizmə qarşı mübarizə Azərbaycanın Avropa İttifaqı, ABŞ və Rusiya ilə əməkdaşlıqda prioritet hesab etdiyi sahədir. Rusiya ilə müzakirələrdə bu məsələ hər zaman qaldırılır. Bizim müvafiq strukturlarımız daim təmasdadır”.