>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Əhaliyə ciddi xəbərdarlıq edildi – HAZIR OLUN!

Əhaliyə ciddi xəbərdarlıq edildi – HAZIR OLUN!
Tamamilə sağlam olan insanlar da həmin günlərdə baş ağrılarından, əsəbilikdən və halsızlıqdan əziyyət çəkəcəklər

Alimlər xəbərdar ediblər ki, yazın əvvəlində Yer kürəsinin sakinləri güclü şəkildə maqnit fırtınasının təsirini hiss edəcəklər. Həmin maqnit fırtınası bizim planetin elektromaqnit sahəsini poza bilər.
Ürək-damar xəstəliklərindən əziyyət çəkən Yer sakinləri yaz təqviminin başlaması ilə əlaqədar olaraq diskomfort hiss edəcəklər. 1, 2 və 3 mart tarixlərində planetimiz maqnit fırtınasının ilk dalğasını adlayıb. Günəşin rentgen astronomiyası ilə məşğul olan laboratoriyanın mütəxəssisləri bildiriblər ki, Günəşdə baş verən partlayış nəticəsində kosmosa külli miqdarda güclü yanan qazlar atılıb. Nəticədə mavi planetin müxtəlif hissələrində təkcə mobil operatorların fəaliyyəti deyil, digər sahələrin, eləcə də mülki aviasiyanın da işində nasazlıq müşahidə edilir.
Yer kürəsində növbəti və nisbətən güclü maqnit fırtınası martın 16-da baş verəcək. Martın 17-də isə fırtına təkrarlanacaq. Elektromaqnit dalğalarının növbəti güclü titrəyişi isə martın 23-də gözlənilir.
Günəşdə baş verən maqnit qasırğası Yer kürəsinin elektromaqnit sahəsinə təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bu proses bir çox insanların səhhətində ciddi problemlər yaradır və onlar özlərini daha pis hiss etməyə başlayırlar. Ekspertlər həmin günlərdə qan təzyiqindən, ürək-damar xəstəliklərindən əziyyət çəkənləri, immuniteti zəif olanları və yorğun insanları öz səhhətlərinə qarşı diqqətli olmağa çağırıblar. Tamamilə sağlam olan insanlar da maqnit qasırğası baş verən həmin günlərdə baş ağrılarından, əsəbilikdən və halsızlıqdan əziyyət çəkəcəklər. Alimlər həmin günlərdə istirahət etməyi, işlə yüklənməməyi tövsiyə edirlər. (sputnik.az)