>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Aprel Şəhidlərinin məzarları təhqir olundu? - YENİLƏNDİ - FOTOLAR

Aprel Şəhidlərinin məzarları təhqir olundu? - YENİLƏNDİ - FOTOLAR
Moderator.az-a daxil olmuş məlumatda bildirilirdi ki, Sumqayıt Şəhidlər Xiyabanında aprel şəhidlərimizin məzarları üzərindəki bayraqlar yandırılıb, məzarların üstü dağıdılıb.

Mövzunu diqqətdə saxlayacağımızı qeyd etmişdik.

Bu dəqiqələrdə Modrator.az-a Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həmin hadisəylə bağlı məlumat daxil olub. Məlumatda qeyd olunur ki, xəbər əsassızdır və orada belə hadisə baş verməyib. Xəbərin yalan olduğunu təsdiq etmək üçün hadisə yerindən indicə çəkilmiş fotolar da məlumata əlavə edilib.

Moderator.az olaraq həmin fotoları da təqdim edirik:
Aprel Şəhidlərinin məzarları təhqir olundu? - YENİLƏNDİ - FOTOLAR
Aprel Şəhidlərinin məzarları təhqir olundu? - YENİLƏNDİ - FOTOLAR
Sumqayıt “Şəhidlər Xiyabanı”nda aprel Şəhidlərimizin məzarları təhqir olunub.

Bu haqda Moderator.az-a aprel Şəhidimiz əsgər Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva məlumat verib.

Şəhid anası bildirib ki, gecə vaxtı xiyabana daxil olan şəxslər Şəhidlərin məzarları üstündəki bayraqları yandırıb, məzarların üstünü dağıdıblar. Hətta məzar daşlarını sındırmağa da cəhd ediblər. Hal-hazırda həyat yoldaşının və bir neçə Şəhid ailəsinin xiyabanda olduğunu deyən Şəhid anası bu saatlarda xiyabana yola düşdüyünü bildirib.

Şəhid anasının dediyinə görə artıq məsələylə bağlı bir neçə nəfər də polis tərəfindən saxlanılıb.

Mövzunu diqqətdə saxlayacağıq.