>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”

Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”
“Şotlandiyalı bir mühasibin adına keçmiş SSRİ ərazisindən çıxarılan “pulların yuyulması”nda istifadə edilməsi üçün 4 firma yaradılıb. Həmin firmaların Kremlə yaxın şəxslərlə bağlı olduğu bildirilir”.
Musavat.com xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “The Herald” qəzetində Devid Lisk və Riçard Smitin imzası ilə xüsusi məqalə dərc olunub. Yazıda firmaları təsis edən adamın adı da göstərilib - Marios Papantoniu

“Həmin Marios Papantoniu dünya tarixində “çirkli pulların yuyulması”nın ən mürəkkəb sxemlərindən birinə rəhbərlik edib. Onun əlinin altından 20 milyard dollar pulun keçdiyi iddia olunur”, - məqalədə yazılıb.
Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”
Kiprdə doğulan, daha sonra Şotlandiyanın Edinburq şəhərinə köçən bu “iş adamı” Rusyadan çıxarılan 6,98 miyard dolları saxta firmalara ötürmək üçün 4 şirkət yaradıb və onların direktoru olub. Yuxarıda göstərilən məbləğ Şotlandiyanın əsas brendi sayılan viskinin illik ixracatının hamısına bərbərdir.
Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”
“The Herald” bu firmaları “çirkli pulların axdığı böyük boru kəməri” adlandırır.

Həmin maxinasiya mərkəzi Bosniyanın paytaxtı Sarayevoda yerləşən “Korrupsiya və mütəşəkkil cinayətkarlığın təhiqiqatı üzrə layihə”də (OCCRP olaraq tanınır) birləşən jurnalistlərin beynəlxalq komandası tərəfindən 2014-cü ildə üzə çıxarılıb.

“The Herald” OCCRP-dəki məlumatların köməyi ilə Papantoniu tərəfindən yaradılan firmaların da adını açıqlayıb. Bunlar “Westburn Enterprises Limited”, “MirabaxInvestments Limited”, “Caldon Holdings” və “Tottenham Management” şirkətləridir.


Marios Papantinou

“Adıçəkilən müəssisələr Rusiyadan 2010-2014-cü illərdə reallaşdırılan pul köçürmələrinin təxminən üçdə birini həyata keçirib. Lakin təhqiqatçıların fikrincə, həmin “camaşırxana”da 80 milyard dollardan çox pul yuyulub ki, bu da Şotlandiyanın illik istehsal həcminin üçdə birindən çoxunu təşkil edir. “Camaşırxana”da 100-ə yaxın yerli şotland firması, daha doğrusu, məhdud tərəfdaşlıq şirkətləri (SLP) iştirak ediblər.

Ümumiyyətlə, pulların köçürülməsinin nüvəsini 21 hüquqi şəxs, o cümlədən, Papantoniunun yuxarıdakı 4 şirkəti və 2 SLP-si təşkil edib. Papantoniunun şirkətlərinin ünvanı Edinburqun heç də elit sayılmayan mənzilində qeydiyyatda olub.

Onlardan biri olan “Westburn Enterprises”ın illik dövriyyəsi cəmi 5 min funt sterlinq olaraq göstərilib. Lakin “The Herald”ın yazıdığına əsasən təkcə elə bu “kiçik şirkət” vasitəsilə Rusiyadan 2 256 425 887 (2 milyard 256 milyon 425 min 887) funt pul çıxarılıb.

“Papantoniu çox güman ki, burada nominal fiqur olub, bu, o deməkdir ki, onun arxasında daha böyük şəxslər dayanıb”, - qəzet qeyd edir.

Təhqiqatçıların söylədiyinə görə, Rusiya və MDB ölkələrinin “camaşırxana”ları eyni baza sxemindən istifadə ediblər. Onların həm müxtəlif cinayətkar qrupların, həm də Vladimir Putin rejiminin yüksəkrütbəli məmurlarının maraqlarına uyğun hərəkət etdiyi yazılıb.

Qəzet ümumi çalarlarla maxinasiya sxemini təsvir etməyə çalışıb: “Yaradılan saxta firmalar guya bir-birini Moldova məhkəmələrinə veriblər. Həmin məhkəmələr isə Rusiya və ya digər MDB ölkəsinin şirkətlərinin saxta borclarını ödəməyə məhkum ediblər. Belə bir üsulla keçmiş SSRİ ölkələrindən pullar Böyük Britaniyanın və ya başqa Qərb dövlətinin varlı şirkətlərinə axıdılıb. Daha sonra bu pulları köçürmək üçün o qədər yalançı müəssisə və bank hesabı qurulub ki, onları izləmək mümkün olmayıb”.

“The Herald”ın yazdığına əsasən, indi jurnalistlər və hüquq-mühafizə orqanları pulların harada yerləşdirildiyini tapmaq üzərində baş sındırırlar. Moldovada isə bu cür əməllərə adı qarışan 14 məhkəmə hakiminə qarşı cinayət işi qaldırılıb.
TwitterFacebookMyspaceStumbleupon