>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tokio London və Amsterdamla əməkdaşlıq edəcək- İran problemi ilə bağlı

Tokio London və Amsterdamla əməkdaşlıq edəcək- İran problemi ilə bağlı
Yaponiya, Böyük Britaniya və Niderlandın xarici işlər nazirləri İranın nüvə proqramı ilə əlaqədar regionda vəziyyətin sabitləşməsi məqsədilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki bürosuna verilən məlumata görə, nazir Taro Kono niderlandlı həmkarı Stef Blok və Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ilə Buenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində görüşüb. Tərəflər İranın nüvə razılaşması ilə əlaqədar qarşılıqlı fikir mübadiləsi apararaq regionda vəziyyətin sabitləşməsi üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar əldə edilən razılaşma ətrafında vəziyyət mayın 8-də ABŞ prezidenti Donald Trampın ölkəsinin həmin razılaşmadan çıxdığını elan etməsindən sonra gərginləşib. D.Tramp, eyni zamanda, əldə edilən razılaşmaya əsasən dayandırılmış bütün sanksiyaların bərpa olunacağını da bəyan edib.

Buna baxmayaraq, razılaşmanın əldə edilməsində iştirak edən “altılığın” əksər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun avropalı tərəfdarları İran ilə əldə edilmiş razılaşmaya sadiq qalacaqlarını bildiriblər.