>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Səməd Seyidovu buna görə cəzalandırdılar – Rəy

Səməd Seyidovu buna görə cəzalandırdılar – Rəy
AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq olunan sanksiyanı əsassız və ədalətsiz hesab edirəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Səməd Seyidova qarşı AŞPA-da qəbul edilən qərara münasibət bildirərkən qeyd edib. A.Quliyev bildirib ki, qərar qərəzlidir:

“Saxta məlumatlar əsasında hazırlanan, qəbul olunan bu qərar tam qərəzlidir və ölkəmizə qarşı uzun müddət aparılan təzyiq kampaniyasının tərkib hissəsi, davamıdır”.

Tanınmış jurnalist Sənan Nəcəfov daha konkret ünvan göstərib. O bildirib ki, Səməd Seyidovu işğalçıya qarşı tutduğu ədalətli mövqeyinə görə cəzalandırıblar:

“Səməd Seyidov bilməli idi ki, Ermənistanın işğalçı olduğunu elə böyük tribunadan səsləndirməsi ona baha başa gələcək. Serjiki sualları ilə divara dirəyəndə, o da qoyun gözünü döyəndə erməni mafiyası qisas alacaqdı. Hələ daxildəki “5-ci kolon” da var, satqınlar, vlasovlar...”