>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Susmayın, mövqeyinizi ortaya qoyun!” — Siyavuş Novruzovdan deputatlara MÜRACİƏT

“Susmayın, mövqeyinizi ortaya qoyun!” — Siyavuş Novruzovdan deputatlara MÜRACİƏT
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Avropada mühacir həyatı yaşayan "hüquq müdafiəçisi" Vidadi İsgəndərlinin təhqir dolu fikirlərilə əlaqədar deputat həmkarlarına çağırış edib.
S.Novruzov “Ölkə.Az”a açıqlamasında deyib ki, millət vəkilləri Vidadi İsgəndərlinin onları təhqir etməsinə susqunluq nümayiş etdirməməlidir:
“Vidadi İsgəndərli deputatları təhqir edirsə, 125 nəfər millət vəkili onlara cavab versin. Mən ötən dəfə Milli Məclisdə çıxış edərkən də bildirdim ki, hər kəs öz mövqeyini nümayiş etdirməlidir. Azərbaycana qarşı təhqir və söyüş kampaniyası aparan bir neçə adama təkcə mən niyə cavab verməliyəm? Niyə digər deputatlar cavab vermirlər? Ancaq tərif olanda hamısı növbəyə dayanır. Axı nə qədər müraciət etmək olar ki, susmayın, mövqeyinizi ortaya qoyun. Hesab edirəm ki, jurnalistlər də milli məsələlərlə bağlı susqunluq nümayiş etdirən həmin deputatların siyahısını işıqlandırmalıdır”.