>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Sui-qəsd və təxribatlar DÖVRÜ RƏSMƏN BAŞLADI

Sui-qəsd və təxribatlar DÖVRÜ RƏSMƏN BAŞLADI

Mayk Pompeonun ABŞ Senatından razılıq alaraq Xarici İşlər Nazirliyi vəzifəsinə rəsmən başlaması ilə ayrıldığı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorluğuna müavin kimi Gina Haspel gətirildi.

Trampın son dəyişiklikləri ilə bir gerçək ortaya çıxdı ki, artıq bundan sonra ABŞ-da kim nə deyir, desin, sonda Pentaqon və MKİ-nin dediyi olacaq.
Yəni, dövlətin başındakı bütün kreslolar generallar və MKİ əməkdaşlarına təslim edilib. Həm də ən qatı müharibə tərəfdarlarına. Ona görə də bu mənzərədən çıxarılan ilk nəticə odur ki, bundan sonra dünyanın işi daha da çətin olacaq. Türkiyə-ABŞ münasibətləri baxımından yanaşdıqda isə daha pisinin olması gözlənilmir, amma daha yaxşı olacağı görüntüsü də yoxdur. Bundan başqa, bu gün Yaxın Şərqdə dünən də dünyanın hər bir guşəsində bütün qarışıqlıqlarda, çirkli oyun və təxribatlarda birbaşa əli olan MKİ-nin başına gətirilən Gina Haspelin bu işlərin “ustası” olması da narahatçılıqları artıran bir vəziyyətdir.
Çünki yeni manipulyasiyalar, şantaj və vadar etmələr söz mövzusu ola bilər. Haspelin bu vəzifəyə təyinatı ilə məlumat veriləndə Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi təqaüddə olan general İsmayıl Haqqı Pekin bununla bağlı belə şərh vermişdi:
"MKİ rəhbərliyinə gətirilən Gina Haspel gizli hərəkat idarəsinin sədr müavinidir. Bunun mənası odur ki, biz, o cümlədən bir çox ölkədə ABŞ-ın gizli fəaliyyətləri olacaq, əvvəl də olurdu, amma indi daha çox olacaqdır".

NƏLƏR OLA BİLƏR?

Dövlət xadimlərinə sui-qəsdlər ola bilər. Bəzi yerlərdə etirazlar, iğtişaşlar çıxara bilərlər. Həm IŞİD-i, həm də PYD-ni yenidən dizayn edib, bunları fərqli şəkildə istifadə edə bilərlər. Təkcə bizə qarşı deyil, digər ölkələrə də. Çevrilişlər ola bilər, məsələn, Körfəz ölkələrində, İordaniyada, Pakistanda. Yəni müəyyən qruplar istifadə edilməklə o bölgələrdə qarışıqlıq çıxarmaq, mərkəzi hökumətlərin zəiflədilməsi, kiber hücumlar kimi hər cür gizli əməliyyat keçirilə bilər.

TÜRKİYƏ BAXIMINDAN TƏHDİDLƏR VAR

"Məlum terror təşkilatlarını çıxarırlar, Türkiyənin başına hakim edirlər. İqtisadi mənşəli əməliyyat edirlər. Ya da ictimai nizamı pozucu təxribatlar edə bilərlər. Onun üçün içəridə bu adamları təmizləyəcək kəşfiyyata ehtiyacımız var. Bu barədə kimlərlə kəşfiyyat əməkdaşlığı edə biləcəyimizə də baxmağımız lazımdır. Türkiyənin səhv etmə şansı yoxdur".
Müxalifət.az