>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

PUTİN RAMİZ MEHDİYEVİ TƏLTİF ETDİ! – “Şərəf” ordeni Soçidə təqdim olunub

PUTİN RAMİZ MEHDİYEVİ TƏLTİF ETDİ!  – “Şərəf” ordeni Soçidə təqdim olunub
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi “Şərəf” ordeni ilə təltif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.

“Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, “Şərəf” ordeni təqdim edib”, – Y.Anoşin deyib.