>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nikol Paşinyan Serj Sarqsyanın istefasını şərh edib

Nikol Paşinyan Serj Sarqsyanın istefasını şərh edib
Ermənistan müxalifətinin lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin baş naziri Serj Sarqsyanın istefasını şərh edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, N.Paşinyan məsələ ilə bağlı "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ermənistan Respublikasının vətəndaşı, sən qazandın. Və indi heç kim bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm", - o yazıb.

Qeyd edək ki, Serj Sarqsyan bu gün Ermənistanın baş naziri vəzifəsindən istefa verib. Minlərlə etirazçının iştirakı ilə keçirilən aksiyaların əsas məqsədi də məhz bu idi.