>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Suriyaya ona görə gizli hücum etdik ki... - Tereza Mey

Suriyaya ona görə gizli hücum etdik ki... - Tereza Mey
Suriyaya hücum icazəsini parlamentdə müzakirəyə çıxarsaydıq, əməliyyatın detalları gizli qalmayacaqdı.

Axar.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Tereza Mey deyib.

“Baş nazir və hökumət üçün olduqca çətin qərar idi. Suriya rejimi bu gün dünyanın ən modern havadan müdafiə sistemlərinə malikdir. Belə bir düşmənə qarşı gəlmək üçün onu mümkün qədər çaşdırmaq lazım idi. Burada hücumun hədəfini və zamanını gizlətmək olduqca önəmli idi. Əgər parlamentdə bununla bağlı qərarları müzakirəyə çıxarsaydıq, hücumla bağlı gizli heç nə qalmayacaqdı”, - deyə baş nazir bildirib.