>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin iclasında Qarabağ münaqişəsi ilə bağlı narahatlıq ifadə olunub

 İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin iclasında Qarabağ münaqişəsi ilə bağlı narahatlıq ifadə olunub
Bu gün İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul olunub.

XİN-dən APA-ya verilən məlumata görə, kommunikedə İqƏT regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Sənəddə Bakı-Tbilisi-Qars dəmir yol xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, habelə, Bakı-Ceyhan neft kəməri, genişləndirilmiş Bakı-Ərzurum təbii qaz kəməri, Azərbaycan-İran-Rusiya elektrik ötürmə xətti kimi irimiqyaslı regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.