>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiya öz "pəncərəsi"- ndən İrəvan hadisələrinə qiymət verdi- "Qarabağ klanı"-na qarşı amma arxasında....

Rusiya öz "pəncərəsi"- ndən İrəvan hadisələrinə qiymət verdi- "Qarabağ klanı"-na qarşı amma arxasında....
“İrəvanda baş verənlər siyasi böhrandır. Bu, Ermənistan “Maydanı”na cəhddir və bu proseslərin arxasında ABŞ dayanır”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisələr ABŞ tərəfindən maliyyələşdirilən 2 min fəal və sosial şəbəkələrdəki 2,5 min istifadəçi tərəfindən həyata keçirilir: “Proseslərin arxasında ABŞ-la yanaşı, qismən Avropa İttifaqı da var. Bu rəqəmlər kiçik Ermənistan üçün böyük rəqəmdir”.

Putinin nümayəndəsi qeyd edib ki, Sarkisyan Yanukoviç qədər məşhur olmasa da, ondan daha sərt addımlar atacaq.

“Sarkisyanın cavabı sərt olacaq. Ermənistanda etiraz edənlərin əsas ideologiyası demokratiya ilə yanaşı, Rusiyaya qarşı mübarizədir. Onlar həmçinin, hakimiyyəti tutmuş “Qarabağ klanı”na qarşı mübarizə aparırlar. Lakin proseslər kənardan idarə olunur”, - deyə o iddia edib.