>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Qərb zərbəni Əsədə yox, Putinə vurdu - Diplomat

Qərb zərbəni Əsədə yox, Putinə vurdu - Diplomat
ABŞ-ın Suriyaya zərbəsi Bəşər Əsədə yox, Rusiyanın xarici siyasətinə yönəlmişdi.

Axar.az xəbər verir ki, bunu "Haqqin.az" saytına açıqlamasında İsrailin Rusiyadakı keçmiş səfiri Tsvi Maqen deyib.

"Bəşər Əsəd Yaxın Şərqdə çoxlarının həyatını pozur, amma o, Qərbin endirdiyi son zərbənin əsas hədəfi deyildi. Bu zərbə ilə Qərb Rusiyanın fəaliyyətlərini Yaxın Şərq, Ukraynada qəbul etmədiyini göstərdi. Lakin Qərb ölkələri əməliyyatı çox ehtiyatla keçirdilər ki, bu, Rusiyaya qarşı kobud çağırış kimi görünməsin. İndi Moskva və Tehran sərt ritorika ilə çıxış edir, amma Qərbdə buna diqqət yetirən yoxdur. Gələcək illərdə ABŞ və Rusiya arasında gərginlik yalnız güclənəcək", - deyə o bildirib.