>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiya dövlətinin daim müharibə aparmaq və qan tökmək psixologiyası haradan qaynaqlanır:faktlar və rəqəmlər

Rusiya dövlətinin daim müharibə aparmaq və qan tökmək psixologiyası haradan qaynaqlanır:faktlar və rəqəmlər
I Aleksandrın Parisə yürüşü



Ehorussia.com, 18.03.2018


Hərbi nazir, infanteriya (piyada qoşunlarında ən böyük general-tərc.) generalı A.N.Kuropatkinin məruzəsindən

1900-cü il.



İmperator Əlahəzrətləri!

Rusiya 18 və 19-cu ərslər ərzində 128 ili müharibələrdə keçirib və yalnız 72 il sülh içində olub.

128 ildən yalnız beşi müdafiə müharibələrinə düşür, qalan hamısı işğalçı yürüşlərdir. Əlahəzrət İmperatorun müəyyən anlayışı olsun deyə xronoloji şəkildə başlayıram.

18 əsr Rusiya üçün bir sıra hərbi vəzifələrlə əlamətdardır:

-Şimali-qərbdə Baltik sahilini İsveçdən döyüşlə almaq qəsdilə çar Üçüncü İvan və Dördüncü İvanın başladıqları müharibələr sürüb.

-Qərbdə Reç Pospolitadan (Polşa-tərc.) Belarus və Ukraynanı qoparmaq qəsdilə çar Aleksey Mixayloviçin mübarizəsini davam etdirmək.

-Cənubda sərhədləri Qara dənizədək genişləndirmək üçün knyaz Svyatoslav və knyaz Oleqin müəyyən etdiyi yolla getmək. Türkiyəni doğramaq və sonrakı zərbələr üçün özül hazırlamaq.

-Cənubi-şərqdə gələcəkdə Fyodor İvanoviç və Boris Qodunovun hərbi tədbirlərini görmək və Xəzər dənizini daxili dənizə çevirmək və Qafqaz sıra dağlarında möhkəmlənmək.

-Asiyada iki yöndə – Türküstan və Sakit okean sahilləri boyu sərhədləri genişləndirmək.

Rusiya bu strateji planalrı həyata keçirmək üçün 18-ci əsrdə 19 müharibə aparıb: Şimal müharibəsi (1700-1721), Prut yürüşü (1711), Xivəyə (1717) və Çayaxarına (1722-1724) qoşun göndərmək, İranla müharibə (1725-1733), Reç Pospolitayla müharibə (1733-1734), Reynə yürüş (1735), Türkiyə ilə müharibə (1735-1739), İsveçə qarşı hərbi kampaniya (1741-1743), knyaz Repninin Reynə göndərilməsi (1748), Prussuiya ilə müharibə (1756-1762), Reç Pospolitaya ilə savaş (1769-1772 və 1794), Türkiyə ilə müharibə (1769-1774 və 1787-1791), İsveçlə müharibə (1788-1790), İranla müharibə (1796), Fransa ilə müharibə (1798-1800).

Buna daxili müharibələri də əlavə etmək lazımdır: Həştərxan üsyanı (1705-1706), Başqırd üsyanı (1707-1709), Bulavin qiyamı (1707-1708), Puqaçov üsyanı (1773-1774) və digər xırdaları.

19 müharibə və yürüşdən 17-i işğalçılıq qəsdilə aparılıb və yalnız ikisni müdafiə savaşı adlandırmaq olar. Müdafiəyə 2 il və 5 ay, təcavüzə 66 il və 1 ay sərf olunub. Müharibə atəşi Rusiya ərazisində 3 il yarım tüğyan edib, silahlı kampaniyaların 65 ili düşmən ərazisinə keçirilib.

Rusiya 19-cu əsrdə 15 xarici və 3 daxili müharibə aparıb. Xarici müharibələr 67 ildən çox çəkib. 32 il və 9 ay sülh dövrünə düşür. Fasiləsiz döyüşlərin 67 ilində müdafiə döyüşləri 2 il və bir ay çəkib. Qalanı – 121 hərbi əməliyyat imperiyadan qıraqda baş verib.

18 əsrin əvvəlində cəmi 12 nmilyon əhalisi olan Rusiya 200 illik müharibə döründə indiki 1900-cü ildə əhalisi 132 milyon nəfər olan dövlətə çevrilib.

Tərcümə Strateq.az-ındır.