>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Səudiyyə Ərəbistanının şahzadəsi kişilərlə qadınların maaşlarını bərabərləşdirməyi təklif edib

Səudiyyə Ərəbistanının şahzadəsi kişilərlə qadınların maaşlarını bərabərləşdirməyi təklif edib
Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd Bin Salman bildirib ki, ölkə kişilərlərlə qadınların maaşlarını bərabərləşdirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə o, "CBS"-yə müsahibəsində bildirib.

"Biz yaxın gələcəkdə işə salınacaq və kişilərlə qadınların bərabər əmək haqlarına zəmanət verəcək normaları hazırlayacaq təşəbbüslər üzərində çalışırıq", - deyə o bildirib.

Şahzadə həmçinin əlavə edib ki, o, qadınlarla kişiləri bərabər hesab edir.