>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tanınmış vəkil ittihamlara cavab verdi: "Məhkəməyə verəcəyik"

Tanınmış vəkil ittihamlara cavab verdi: "Məhkəməyə verəcəyik"
“ Axar.az və Olaylar.az saytları dəqiqləşdirilməmiş və qarşı tərəfin fikri öyrənilməmiş bir mövzunu paylaşdıqlarına görə həm üzr istəməli, həm də cavab verməlidir”.

Bu sözləri Mediaxeberleri.az-a tanınmış vəkil Tağı Hüseynov axar.az və olaylar.az saytlarında və instaqram səhifələrində barəsində paylaşılan xəbərlərə aydınlıq gətirərkən məlumat verib.


Tanınmış vəkil əlavə olaraq onu da bildirib ki, müştərinin səsləndirdiyi fikirlər heç bir həqiqəti əks etdirmir.

Mediaxeberleri.az Tağı Hüseynov ilə müsahibəni təqdim edir:

- Salam Tağı müəllim. Yəqin ki, axar.az və olaylar.az saytlarında və instaqram səhifələrində sizin barədə paylaşılanlardan xəbəriniz vardır. Buna münasibətiniz necədir və ümumiyyətlə həqiqətlə əlaqəsi varmı paylaşılanların?

- Salam. Bəli xəbərim var. Sosial şəbəkədir, burda hər kəsin azad fikir bildirmək hüququ var, doğrudur. Lakin bu o demək deyil ki, xəbər saytları və səhifələri də burda dəqiqləşdirilməmiş və qarşı tərəfin fikri öyrənilməmiş bir mövzunu paylaşmalıdırlar. Hələ bu azmış kimi olaylar.az instagram səhifəsi mənim şərhimi və digər şərhləri də silib şərh yerini bağladı. axar.az qeyd edir ki, guya zəng ediblər bizə və mənim köməkçim deyib ki, mən Bakıda deyiləm və guya məndən hələ xəbər ala bilməyiblər. Ayıbdır axı! Bu qədər yalan olar? Sübut edəcəm məhkəmədə ki, onlardan bizə zəng gəlməyib. Bunlar bütün xəbərləri də belə yayırlar? Bir xanım yazır ki, guya onun məhkəməsinə az getmişəm, nə bilim borclu qalmışam ona və o məndən pulunu geri istəyəndə xahiş etmişəm ki, mətbuata xəbər verməsin. Qətiyyətlə bildirirəm ki, onun bildirdikləri yalan və böhtandan başqa bir şey deyildir. O ki, qaldı xanıma, bəli, müştərimiz olub. Onunla direktoru olduğum hüquq şirkəti arasında rəsmi tapşırıq müqaviləsi bağlanıb. Həmin xanımın məhkəməsinə Şəki şəhərinə 3 dəfə getmişəm qalan iclaslara isə şirkətimizin işçiləri gedib. Bu da tam qanunidir. Həmin xanımın kürəkəninin 2 banka borcu var idi onu borcunu ödəməsi üçün məhkəmə icraçıları da tələb edirdilər və bildirdiyinə görə sıxışdırırdılar. Mən onun kürəkəni olan Ramin adlı şəxsə bu barədə kömək etdim. Buna görə isə əlavə xidmət haqqı almadım. Xanımın özünün də məhkəmə işi mülki iş idi və bir çox dövlət orqanlarına bəzi sənədlərin toplanması üçün sorğuların verilməsindən tutmuş, materialın tam hazırlanması və iddia ərizəsi ilə birlikdə məhkəməyə verilməsini həyata keçirdik və bütün məhkəmə iclaslarında olduq. Mürəkkəb iş olduğu üçün məhkəmə uzanırdı. Çünki, mülki işdə olan mübahisəli obyektə həbsin qoyulması barədə qərardadın alınması ilə bağlı bütün məhkəmə instansiyalarını keçirdik, üstəlik məhkəmənin verdiyi sorğulara belə cavablar gec gəlirdi. Bizim bu işdə həqiqətən də əziyyətimiz hədsiz çox idi. Lakin xanım işin 1 ay ərzində həll olacağını düşündüyündən məhkəməni tələsdirməyi məndən tələb edirdi. Lakin aydındır ki, bizim istəyimizlə deyil, hər prosedur qaydasında getməli idi. Nəhayət qadın bildirdi ki, iş çox uzanır və bu işin tez həll olunması üçün başqa hüquqşünasa müraciət etmək istəyir. Mən ona bunun heç bir faydası olmayacağını anlatmaq istəsəm də alınmadı. Bu səbəbdən də sonda onunla razılaşdım. Qeyd edim ki, sonuncu məhkəmə iclasının vaxtı barədə də bizə heç bir məlumat verməmişdi.

- Siz belə olan halda aldığınız xidmət haqqını geri qaytarmalıydınızmı?

- Aramızda bağlanmış tapşırıq müqaviləsinə əsasən qaytarmalı deyildim. Orada bəndlərin birində göstərilir ki, müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən imtina edən şəxs qarşı tərəfin düşdüyü zərəri ödəməlidir. Əlavə olaraq onu da qeyd etməliyəm ki, "vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əsasən də vəkil işin nəticəsinə zəmanət vermir. Çünki istənilən halda qərarı qəbul edən hakimdir. Vəkillər və hüquqşünaslar isə yalnız yüksək səviyyəli hüquqi xidmət göstərməklə mükəlləfdirlər. Lakin mən xanımın maddi durumunu nəzərə alıb az hissəsini saxlamaq şərtilə verdiyi pulu qaytarmağa razılaşdım. Qaytardım da. Yalnız onun işinə görə Şəki şəhərinə 6 dəfə getməyimizin və digər ərizə haqlarını saxladım.Lakin sonradan onun belə işə əl atması, eləcə də fake və yaxud it-pişik, meymun şəkilli bağlı profillərdən mənə qarşı iyrənc böhtanların atılması bu işin əvvəlcədən planlaşdırılmış və məni nüfuzdan salmağa xidmət edən bir oyun olduğu məlum oldu.Ancaq burdan o şəxsə və yaxud şəxslərə demək istəyirəm ki, məni belə qara piyarlarla yolumdan döndərə Məni yaxından tanıyanlar bilirlər necə insan olduğumu. Bu günə qədər heç kimin haqqına girmədim və girmərəm də. Kişi elədiyini deməz. Ona görə də nə qədər imkansız ailələr üçün etdiyim hüquqi yardımdan danışmıram. Dövlətimə və millətimə necə bağlı olduğumu da hər kəs bilir. Mənə qurduqları tora özləri düşəcəklər in şa Allah. Belə böhtanlar məni qorxutmaz əsla. Özümü müdafiə edə bilməsəm başqasını necə müdafiə edərəm bəs?