>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ağ Ev: ABŞ Rusiya ilə münasibətlərdə sərtliyi davam etdirəcək

Ağ Ev: ABŞ Rusiya ilə münasibətlərdə sərtliyi davam etdirəcək
ABŞ Rusiya ilə münasibətlərdə sərt mövqedən çıxış etməyi davam etdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.



“Prezident Donald Tramp bir çox məsələlər üzrə Rusiya ilə münasibətlərdə çox sərt olub və biz bu mövqeni davam etdirəcəyik”, - deyə Sanders Ağ Evdəki brifinqdə bildirib.



S.Sanders bu sözləri jurnalistlərin D.Trampın Rusiya ilə bağlı mövqeyinin yetərincə sərt olmamasına dair fikirlərinə cavab olaraq bildirib.