>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Daha bir partiya seçkidə iştirakdan imtina etdi

Daha bir partiya seçkidə iştirakdan imtina etdi
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

Teref.info cebhe.info-ya istinadən xəbər verir ki, sessiyada aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib.

İclasda partiyanın seçkilərə qatılmaması barədə qərar verilib. Qərar partiya sədri Mirmahmud Mirəlioğlu tərəfindən elan edilib.

Qeyd edək ki, bundan əvvəl KXCP seçkilərə Mirmahmud Mirəlioğlunun namizədliyi ilə gedəcəyini açıqlamışdı. Lakin seçkilərin vaxtının dəyişdirilməsindən sonra partiya boykota gedəcəyini bildirmişdi.